UBER sürücüsüz avtomobil testlərini dayandırdı

Uber-in, ABŞ-ın Arizona ştatında sınaqlarını keçirdiyi sürücüsüz avtomobilin bir piyadanı vurduğu və qəza nəticəsində bir qadının öldüyü açıqlanıb.

Tempe şəhərində baş verən hadisədə, piyada keçidi kənarında getməkdə olan qadını Volvo markalı Uber avtomobili vurub.

Uber, hadisədən sonra San Fransisko, Toronto və Pittsburq başda olmaqla bütün sürücüsüz avtomobil testlərinin dayandırıldığını da açıqlayıb.

Qəzaya səbəb olan Uber avtomobilinin avtonom (sürücüsüz) rejimdə hərəkət etdiyi təsdiqlənib.

Uber-in sürücüsüz avtomobili fevral ayında da bir başqa maşınla toqquşmuşdu.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə