Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 23.08.2017-ci il tarixindən etibarən Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7009 manat səviyyəsində müəyyən olunub.

Bu gün rəsmi məzənnə 1.7008 manatdır.

Xəbər verdiyimiz kimi, 22 avqust 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilibdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7009 səviyyəsində formalaşıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə