Əli Kərimli “həmkarlarının” müdafiəsinə qalxacaq

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPBİ) mətbuat xidmətindən verilən məlumata görə, artıq paytaxt Bakıda gecə həyatı keçirən, əxlaqsız həyat tərzi sürən, ümumiyyətlə, fahişəliklə məşğul olan qadınlara qarşı xüsusi reydlər keçiriləcək, qanunun tələblərinə cavab verən müvafiq tədbirlərə əl atılacaq. Əslində, belə bir qərarın verilməsi yerində və düzgün atılmış addımdır. Çünki son vaxtlar xüsusilə ərəb ölkələrindən ölkəmizə axın edən turistlərin gecələr eyş-işrət həyatlarını Bakının mərkəzində yerləşən barlarda, gücə klublarında keçirmələri bir çox paytaxt sakinlərini ciddi şəkildə narahat etməklə yanaşı, milli dəyərlərimizi də kölgə altında qoyurdu. Bədənlərini pula-paraya satan, heç bir dəyərlərə hörmət qoymayan gecə qadınlarının xoş olmayan həyat tərzləri həqiqətən də, həddini aşaraq, ciddi problemlərə səbəb olurdu. Hətta elə ərəb turistləri olurdu ki, Bakı küçələrində günün-günorta saatlarında ailəliklə gəzintiyə çıxan insanlara belə, “ov” gözü ilə baxırdılar. Bütün bunlar əlbəttə ki, ürəkbulandırıcı bir mənzərə yaratmaqla yanaşı, bir çox hallarda aqressiya, dava-dalaşlarla nəticələnirdi. Bir sözlə, BŞBPİ-nin atdığı addım artıq növbəti və əhalini narahat edən problemin aradan qaldırılmasına kifayət qədər təsirini göstərəcək.

Aha, yazdım buraya!

Ancaq məsələ yalnız bunda deyil. Məsələ həm də ondadır ki, atılan addımdan “yararlanan” və bu qərarın üzərindən şəxsi məqsədləri üçün istifadə edənlər də tapılacaq. Necə deyərlər, AHA, YAZDIM BURAYA! Sual olunar ki, kimdir həmin şəxs? Bu sualın cavabı birmənalıdır - əlbəttə ki, AXCP sədri Əli Kərimli!!! Bəs nə bilmişdiniz ki... O, günü sabah, hətta ola bilsin indinin özündə sarılıb çox sevdiyi klaviaturasına və dərhal “Azərbaycana kifayət qədər maddi gəlir gətirən ərəb turistlərinin ayağını ölkədən kəsmək istəyirlər”, yaxud, “Qərbdə, hətta qonşu Gürcüstanda və Ermənistanda fahişəlik leqallaşdırılıb bəs Azərbaycanda niyə yoxdur?” tipli suallarını döşəyəcək “Facebook” statusuna, üstəlik artıq da gələcək və iddia edəcək ki, fahişələr çörəkpuluna çıxırlar və müvafiq strukturlar onların çörək qazanmalarına imkan vermirlər-filan...

İnanın ki, Ə.Kərimli zatən daxilində formalaşmış siyasi fahişəlik şakərini işə salaraq, fiziki mənada fahişəlik edən əxlaqsızları alacaq öz ağuşuna. Onun üçün nə fərqi var, təki AXCP-nin sıralarına əxlaqsızlar da daxil olub, partiyasının sıralarını genişləndirsinlər. Zatən AXCP Ə.Kərimlinin egidası altına keçdikdən sonra, bu partiya daxilində əxalqsızlıq, fahşəlik kimi hallar yarandı, bu gün isə artmaqda davam edir. Hansını deyib, hansını qoyaq ki..?

Cəbhəçi əyyaş Qənimət Zahidin digər cəbhəçi əyyaş Azər Əhmədovla birlikdə özbək fahişələri ilə “Üç Palma” olayınımı, yoxsa yenə də cəbhəçi əyyaş Azər Əhmədovun baldızının qohumu ilə oteldəki biabırçı məsələsinimi, ya da Gülnarə Akifqızı ilə Ülkər Kazımova arasındakı ərbölmə davasını, yaxud səsi-küyü yalnız mitinqlərdən deyil, həm də gecə barlarından gələn Fatimə Mövlamlınımı, yoxsa ki, onlarla bənzər hadisələri?

Belə məsələlər o qədərdir ki, AXCP-də, heç gecə barları, gecə klubları Ə.Kərimlinin partiyasının tozuna belə çata bilməzlər. Ona görə də, bayaq da yazdığım kimi, cəbhəçilərin sədri özüqarışıq siyasi, hətta fiziki fahişəliklərə o qədər adi hal olaraq baxır ki, dərhal güc strukturları tərəfindən başladılacaq qanuni reydlərə siyasi don geyindirib, küçə fahişələrinin müdafiəsinə qalxacaq. Axı nə qədər olmasa da, peşələri bir-birinə uyğundur, nə təhər deyərlər, “həmkardırlar” yəni...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə