Satqınlar və separatçılar layiq olduqları cəzanı alırlar

Ermənistan agenti Fəxrəddin Abbaszadənin həbsi və xəyanətkar Əli Kərimlinin növbəti dəfə ifşası bunun əyani sübutdur

Artıq sübuta yetirilməkdədir ki, dağıdıcı müxalifət partiya yetkililərinin böyük əksəriyyəti xarici maraqlı dairələrə bağlıdırlar. Yəni fəaliyyətlərini məkrli qüvvələrin sifarişinə əsasən qurur və müxtəlif təxribatlarla diqqət mərkəzinə çevrilməyə çalışırlar. Bunu sübut edən kifayət qədər misallar göstərmək olar. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə haqlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilən prosesdə Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Rusiyadan AXCP sədri Ə.Kərimliyə pul göndərdiklərini etiraf ediblər. Məhkəmədə Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindirilərkən, onlar maliyyə vəsaitlərini topladıqdan sonra, "Sberbank" vasitəsi ilə Ə.Kərimliyə çatdırdıqlarını söyləyiblər. Şahid ifadələri ilə sübuta yetirilməkdədir ki, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb. Yəni əsasən, təşkilatçı rolunda S.Rüstəmov çıxış edib və qısa müddətdə, 412 min dollar yığılaraq, Ə.Kərimliyə göndərilib. Bütün bunlar, bir daha aydın şəkildə göstərir ki, son vaxtlar Ə.Kərimlinin mitinqlərə böyük həvəs göstərməsi, məhz xarici amillə bağlıdır. Həm də, təsdiq edilir ki, AXCP sədrinin xaricdə oturub, Azərbaycana qarşı separatçı mövqe sərgiləyən Qurban Məmmədov, Ələkram Hümmətov, Orduxan Teymurxan, Adil Nəsirov, Fəxrəddin Abbaszadə, Ataxan Əbilov, Rafail Piriyev, Vidadi İsgəndərli, İsmayıl Şabanov kimi xəyanət yolu tutanlarla geniş əməkdaşlıq əlaqələri var. Hətta bəzən bir-birinə qarşılıqlı şəkildə informasiya dəstəyi göstərir, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi yönündə məlumatlar göndərirlər.

Ermənistan agenti ilə iş birliyi qurmaq elə satqınçılıq deməkdir

Bəlli olan fakt ondan ibarətdir ki, Fəxrəddin Abbaszadə, Ələkram Hümmətov, Şahin Mirzəyev, Ataxan Əbilov və İsmayıl Şabanov dəfələrlə işğalçı Ermənistana səfərlər ediblər. Orada Ermənistan xüsusi xidmət orqanlarının göstərişlərinə əsasən, Azərbaycan əleyhinə şər və böhtan xarakterli ittihamlar səsləndiriblər. Bu xainlər Azərbaycanda doğulub, onun çörəyi və suyu ilə boyüsələr də Ermənistan kəşfiyyatının qucağında oturub, Azərbaycana qarşı alət rolunda çıxış ediblər. Təbii ki, separatizmin və xəyanətin ömrü uzun ola bilməz. Gec-tez onalrın hamısı əməllərinin cavabını məhkəmə qarşısına çıxmaqla verməli olacaqlar. Daha doğrusu, artıq Azərbaycan tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.1 maddəsi ilə dövlətlərarası axtarışa verilən separatçı F.Abbaszadə Rusiyada həbs edilib. İki ölkə arasında bağlanmış müqavilə şərtlərinə əsasən, Ermənistan agenti F.Abbaszadə Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Gözlənildiyi kimi, Ermənistan xüsusi xidmət orqanları və Rusiyadakı erməni lobbisi F.Abbaszadəni müdafiə etmək üçün hay-küy kampaniyasına başlayıblar. AXCP sədri Ə.Kərimli də əqidə dostu F.Abbaszadəni müdafiə etmək üçün fəaliyyətə başlayıb. Bunu sosial şəbəklərdə onun və cəbhəçilərin paylaşdıqları statuslardan da görmək olar. Qeyd etmək lazımdır ki, AXCP sədri Əli Kərimli dostu F.Abbaszadəni 50 illik yubuleyi münasibəti ilə təbrik edib, ona ideya-siyasi mübarizəsində uğurlar arzulamışdır.
Mövcud proseslərə əsaslanaraq, demək olar ki, separatçıların təbliğat maşını olan "OTV" kanalı da bağlanacaq. Artıq "OTV"nin rəhbəri Zabil Məhərrəmov və Rusiyada Azərbaycan əleyhinə separatçılıqla məşğul olan İsmayıl Şabanov ətrafında istintaq orqanları nəzarət hərəkətləri aparırlar. F.Abbaszadənin həbs olunaraq Azərbaycana gətirilməsi, Z.Məhərrəmov və İ.Şabanova qarşı istintaq hərəkətlərinin aparılması, bir daha proqnozları təsdiqləyir ki, yaxın vaxtlarda separatçı və xainlərdən olan erməni agentləri Hilal Nəsirov, İsmayıl Şabanov, Bəxtiyar Ağazadə, Rabil Abdinov, Kahin Mirəlizodə (Əbilov) və digərləri də həbs olunaraq, Azərbaycana gətiriləcək və məhkəmə qarşısında oturdulmaqla, layiq olduqları cəzanı alacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...