Ramzan “yaxın günlərdə şanlı ov” olacaq deyir...

Ramzan “yaxın günlərdə şanlı ov” olacaq deyir...

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Xüsusi Hərbi Əməliyyat zonasında “Avropa dəyərləri”nin, xüsusən də Amerika bölməsinin çempionları üçün ov elan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, teleqram kanalında yazıb.

Ramzanın dediyinə görə, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov on iki dəfədir ki, (...Ramzanın dəqiqliyinə baxın-A.B.) özlərini “İçkeriya” adlandıran və Ukrayna tərəfdən ruslara qarşı döyüşən batalyon üzvlərinə özlərini göstərmək üçün müraciət edib. Bundan əlavə, Delimxanov “Avropa dəyərləri”nin, xüsusən də Amerika bölməsinin çempionları kimi təqdim edilən döyüşçüləri də ukraynalı satanistlərin arxasında gizlənməyib, Xersondan tutmuş Lisiçanska qədər hər yerdə özlərini çeçenlərə göstərməyə çağırıb.

Maraqlıdır ki, dünənə qədər Xersondakı “küçə işıqforları ilə döyüşən” çeçenlərdən Kadırov “yaxın günlərdə şanlı ov gözlədiyini” bəyan edib.

O da maraqlıdır ki, Ramzan bütün bu məsələlərin Baş Qərargahda Çeçenistan hüquq-mühafizə orqanlarının komandirləri ilə görüşü zamanı müzakirə edildiyini də bildirib. Sonda Çeçenistan rəhbəri əmin olduğunu bildirib ki, “qələbə bizim olacaq!”

Qeyd edək ki, bir müddət bundan əvvəl Ramzan Kadırov Rusiya qoşunlarının Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı...yenidən hücuma keçdiyini bildirmişdi.

O, bundan sonra Ukrayna Silahlı Qüvvələrinə hər gün hücumların olacağına da bildirib(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə