Rusiyanın əməkdar artisti dünyasını dəyişib

Rusiyanın əməkdar artisti dünyasını dəyişib

Rusiyanın Əməkdar artisti, Qubernator Simfonik Kapellasının solisti Anatoli Xrustalev vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 78 yaşında Penzada dünyasını dəyişib.

Bu barədə Penzanın Mədəniyyət Nazirliyinin saytında məlumat verilib.

Anatoli 40 ildən çox Penza Vilayət Filarmoniyasında, sonra isə Penza Konsert Salonunda çalışıb.

Xrustalevin vida mərasimi isə bu gün Peter və Paul kilsəsində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə