Rusiya prezidenti Vladimir Putin “Şimal axını”nda fövqəladə vəziyyəti beynəlxalq terror aktı adlandırıb və partlayışların arxasında rus rəqiblərinin olduğunu deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Qeyd edək ki, Putin bu barədə Rusiya Enerji Həftəsi forumunda bildirib.
Onun sözlərinə görə, enerji bazarının bəzi iştirakçıları “təxribat fəaliyyəti aparır” və rəqiblərin infrastrukturunu məhv edirlər.
“...Şübhə yoxdur ki, bu, beynəlxalq terror aktıdır”, - deyən Putin “bu, Rusiyanın rəqiblərinin Avropanı şişirdilmiş qiymətlərlə enerji resurslarını almağa məcbur etdiyi “ən təhlükəli presedentdir”-deyə əlavə edib.
...Bundan əvvəl Danimarkanın Bornholm adası yaxınlığında yerləşən “Şimal axını” sisteminin qaz kəmərlərində bir gündə bir neçə sızma baş verib. Qeyd edək ki, dağıntıları görünməmiş adlandıran “Şimal axını” şirkəti, bərpa üçün vaxt çərçivəsi hələlik mümkün olmadığını bildirib.
...İsveç qəzanın baş verdiyi ərazidə partlayışların qeydə alındığını bildirib.
...İsveç hakimiyyəti bunu “kobud təxribat” kimi qiymətləndirib.
...Kreml hadisəni təxribat adlandırıb və... bu səpkili “ittiham nümunələri” nə qədər desən...
...Amma maraqlıdır ki, qarşı tərəf bütün bunların Kremlin elə öz oyunlarından biri olduğunu iddia edirlər və...bunun üçün kifayət edəcək əsaslsr ds gətirirlər.
...Bu arada İsveç, Danimarka və Almaniya Avropa İttifaqının enerji infrastrukturunun hər hansı qəsdən pozulmasına sərt cavab vəd edərək araşdırmalara başlayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB