Fələstin və Almaniya arasında gərginlik

Fələstin lideri Mahmud Abbasın dünən Almaniyanın paytaxtı Berlinə səfər etmişdi. SİA xəbər verir ki, görüş sonrası Fələstin lideri Mahmud Abbas ilə kansler Olaf Şolzla birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında Mahmud Abbasın çıxışı müzakirələrə səbəb olub. O bildirib ki, İsrail Fələstinin 50 kəndində qırğın həyata keçirib. Bu sözlər İsrail və Almaniyanın böyük reaksiyasına səbəb olub.

İsrail rəsmiləri Abbası "dəhşətli yalancı" adlandırıb, Almaniya kansleri Olaf Şolz isə Fələstin liderinin açıqlamalarının "iyrənc" olduğunu deyib.

İsrailin baş naziri Yair Lapid " Twitter" hesabından verdiyi açıqlamada qeyd edib ki, Mahmud Abbasın alman torpağında İsrailə qarşı "50 soyqırım" törətməkdə ittiham etməsi təkcə mənəvi rüsvayçılıq deyil, amansız bir yalandır. 1,5 milyonu yəhudi olmaqla, 6 milyon insan Holokostda öldürülüb: "Tarix Abbası bağışlamayacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə