“Bu problemi etsə-etsə, yalnız Türkiyə həll edə bilər”

Malatyada keçirilən toplantıdakı çıxışında Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı tələblərinin konkret addımlarla qarşılanmasına diqqət çəkən M.Çavuşoğlu deyib...

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu millətin təhlükəsizliyinə gəldikdə isə heç bir güzəştə gedilməyəcəyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Malatyada keçirilən toplantıdakı çıxışında Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı tələblərinin konkret addımlarla qarşılanmasına diqqət çəkən M.Çavuşoğlu deyib: "Millətimizin təhlükəsizliyinə gəldikdə, bizim heç bir güzəştimiz yoxdur. Buna görə də İsveç və Finlandiyanın NATO üzvlüyü məsələsində möhkəm dayanırıq. Onlardan istədiyimiz və gözləntilərimiz qeyri-mümkün bir şey deyil. Terrora dəstək verirsən, vermə. Terrorçular ölkəndədir, qapılarını onlara açmısan, hər cür fəaliyyətlərinə icazə verirsən, maliyyələşməsinə göz yumursan. Oradan uşaqları zorla Qəndilə və olduqları bölgələrə götürülməsinə vasitəmi olursan. Bu işlərə icazə verirsiniz, mane olmursunuz. Müttəfiq olmaq istəyirsinizsə, Türkiyəni düşmən ölkə kimi görəməməlisiniz. Terrorla mübarizə apardığı üçün embarqo da tətbiq edə bilməzsiniz. “Mən edəcəyəm” deyirsinizsə, NATO-ya da üzv ola bilməzsiz, bu qədər.

PKK və YPG eyni terror təşkilatıdır. Heç kim bəhanə arxasında gizlənməməlidir”.

Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu taxıl böhranına da toxunan M.Çavuşoğlu Rusiyadan taxıl ixracına yol açmaq üçün çalışdıqlarını bildirib: "Birləşmiş Millətlər Təşkilatının baş katibi də deyir ki, bu problemi etsə-etsə, yalnız Türkiyə həll edə bilər. Bu, Türkiyəyə olan etimadın təzahürüdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə