Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ərzaq təhlükəsizliyi probleminin davam etdiyi Cənubi Sudana ərzaq yardımı proqramını dayandırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
ÜƏP-nın sözçüsü Tomson Phiri, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında bu barədə danışıb. Maliyyə çatışmazlığı səbəbindən Cənubi Sudana ərzaq yardımı proqramının dayandırılması qərarı ilə ölkə əhalisinin ən azı üçdə birinin qidaya çata bilməyəcəyini ifadə edən sözçü ölkədə aclıq riski altında olan 1,7 milyon insanın vəziyyətinin daha da pisləşdirəcəyinə diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB