Prezident Vladimir Zelenskiyə görə, rusların işğal etdikləri ərazilərdən ukraynalıları Rusiya ərazilərinə aparmaqda məqsədləri onlara Ukraynanı ununtdurmaqdır.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bunu son videomüraciətində bildirib.
Ukraynalı prezidentin sözlərinə görə, bu gün 12 milyona yaxın Ukrayna vətəndaşı müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Onların təqribən 5 milyondan çoxu xaricə gedib. Gedənlərin əksəriyyəti uşaqlı qadınlardır. Amma biz onların yenidən Ukraynaya, evlərinə qayıtmaları üşün hər şeyi edəcəyik.
Zelenski Rusiyanın ukraynalıların deportasiyası ilə bağlı ardıcıl cinayət siyasəti yürütdüyünü də bildirib.
Onun sözlərinə görə, ruslar həm böyükləri, həm də uşaqları zorla da olsa Rusiya ərazisinə aparırlar.
Zelenskiyə görə, bu, Rusiyanın ən iyrənc hərbi cinayətlərindən biridir. Ukraynalı prezidentin ehtimallarına görə, bu gün Ukraynadan təqribən 200 mindən çox ukraynalı uşaq Rusiyaya aparılıb. Bunların əksəriyyəti uşaq evlərində böyüyən yetim uşaqlardır. Təbii ki, bunların arasında valideynlərindən zorla alınıb aparılan uşqalar da var.
Dövlət başçısının sözlərinə görə, Rusiyaya aparılan ukraynalılar, daha çox Rusiyanın ucqar əyalətlərinə aparıblar.
“...Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, rusların burada məqsədi Rusiyaya aparılan böyüklü-kiçikli ukraynalılara onların vətənlərini unutdurub, onların geri dönə bilməmələrinə zəmin yaratmaqdır. Amma biz bu çağırışa da cavab tapmalıyıq. Həmçinin, ukraynalıları öldürən, işgəncə verən və ya deportasiya edən hər kəs öz əməllərinə görə məsuliyyət daşıyacaq”.
Bunları deyən Zelenski əlavə edib ki, “...cəzanın labüdlüyü Ukraynanın Rusiyanı mütləq öyrədəcəyi prinsipidir”.
Zelenskiyə görə, ukraynalıların ruslara öyrədəcəyi ilk şey döyüş meydanında olacaq. Ruslar bilməlidirlər ki, “...Ukraynanı işğal etmək olmaz, xalqımız təslim olmayacaq, uşaqlarımız işğalçıların mülkü olmayacaq”.
Yeri gəlmişkən, “UNİAN” xəbər saytı hələ bir müddət bundan əvvəl Rusiyanın Ukraynadan 238 mindən çox uşağı qanunsuz olaraq öz ölkəsinə apardığı barədə məlumat vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB