Xristianları dəstəkləmək öhdəlikdir - MAKRON

Fransa prezidenti Emmanuel Makron xristian məktəblərinə maliyyə dəstəyinin ikiqat artırılacağını bildirib. SİA xəbər verir ki, Makron xristianlar üçün fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə görüşüb və burada keçirdiyi mətbuat konfransında çıxış edib. Fransa prezidenti qeyd edib ki, xristianları dəstəkləmək öhdəlikdir və Fransanın tarixi missiyasıdır.

Ölkəsinin bölgədəki xristianlar üçün fəaliyyət göstərən dərnəklərə verdiyi maliyyə dəstəyi ikiqat artıracağını bildirib.

Xatırladaq ki, Makron bu dəstəyin 4 milyon avroya qədər artacağını deyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...