İtaliyada 1978-ci ildə Qırmızı briqadalar təşkilatı tərəfindən qaçırılaraq öldürülən keçmiş baş nazir Aldo Moronun qaçırıldığını bildirən qeyd tənqidlərə baxmayaraq hərraca çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Moronun 1978-ci ildə kommunist silahlı qrup Qırmızı briqadalar tərəfindən qaçırıldığı zaman yazılmış 2 səhifəlik flayer Roadakı Bertolami auksionda hərraca çıxarılıb. Başlanğıcda 1300-1700 avro dəyərində olan kağız üzərində “Qırmızı Briqadalar” loqosu olan qeyd 26.000 avroya alıcı tapıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə