Almanlar öz mənəvi borclarını unutmamalıdırlar - LİTVA MÜDAFİƏ NAZİRİ

Litva müdafiə naziri Artis Pabriks “Financial Times” qəzetinə verdiyi müsahibədə Rusiyanın Ukrayna sərhəddində hərbi baza quraraq hücum siqnalları verdiyi son günlərdə Almaniyanın Rusiya və Çinlə münasibətlərini dəyərləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir Pabriks Almaniyanın Rusiya və Çinlə münasibətlərini “əxlaqsız və ikiüzlü” adlandırıb.

Almaniyanın bu iki ölkə ilə əlaqələrinin Şərqi və Qərbi Avropa arasında fikir ayrılığına səbəb olduğuna diqqət çəkən Pabriks, Litva ilə Çin arasındakı gərginlikdə Almaniyanı Pekin rəhbərliyinin tərəfində olduğuna görə tənqid edib. Pabriks Berlin administrasiyasının Ukraynaya hərbi sursat göndərməkdən və Estoniyanı köhnə alman haubitsaları ilə təchiz etməkdən imtina etməsinə də reaksiya verib. Latviyanın müdafiə naziri Pabriks almanların soyuq müharibə dövründə ABŞ-ın onlara verdiyi dəstəyi artıq unutduqlarını şərh edərək, "Almanlar öz mənəvi borclarını unutmamalıdırlar"-deyə bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə