Çin Xalq Azadlıq Ordusuna (AXO) aid 9 döyüş təyyarəsinin Tayvanın Hava Hücumundan Müdafiə Təsnifat Bölgəsi (ADİZ) elan etdiyi əraziyə daxil olduğu bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin rəsmi "tviter" hesabından paylaşılan açıqlamada havanın cənub-qərb hissəsinə 6 J-16 döyüş təyyarəsi, 2 Y-8 ASW dəniz patrul təyyarəsi və 1 Y-8 EW nəqliyyat təyyarəsinin daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrə radio ilə xəbərdarlıq edildiyi, ardınca isə hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemlərinin hazır vəziyyətə gətirildiyi bildirilib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB