5 əsgər həyatını itirib, 5-i isə yaralanıb

Ukraynanın Dnepr vilayətində bir əsgərin 5 əsgər yoldaşını öldürdüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyasının Dnepr vilayətində raket və kosmik texnologiya istehsal edən “Yujmaş” dövlət zavodunda keşik çəkən əsgəri yoldaşlarına atəş açıb.

Hadisə nəticəsində 5 əsgər həyatını itirib, 5-i yaralanıb. Hücumu həyata keçirən əsgərin silahla hadisə yerindən qaçdığı bildirilir. Polisin əsgərin ələ keçirilməsi üçün bölgədə əməliyyat başlatdığı qeyd edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə