Yaponiyanın paytaxtı Tokionun şimal-şərqində yeləşən Çiba əyalətindəki bir fermada quş qripi aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çibanın Sosa rayonundakı toyuq fermasında bir ördək növünün ölümündən sonra aparılan sınaqlarda bir çox ördəkdə yüksək səviyyədə yoluxucu quş qripi aşkar edilib. Ətraf rayonlara ördək balası və təsərrüfatda istehsal olunan ərzaq məhsullarının daşınması iki həftə dayandırılıb. Dövlət Qubernatorluğu xəstəliyin aşkarlanmasından sonra 1000-ə yaxın toyuğun məhv edildiyini bildirib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB