ABŞ-ın CNN xəbər kanalında maraqlı hadisə yaşanıb. SİA xarici mətbuata isytinadən xəbər verir ki, xəbər aparıcısı Kristiane Amanpour NATO-nun baş katibi Yens Stoltenberqdən Avropadakı vəziyyətlə bağlı müsahibə alarkən, Ukraynanın Xarkov şəhəri Rusiya etiketi ilə görüntülərdə yayımlanıb. Həmin vaxt qış mənzərəsində hərəkətdə olan zirehli texnikanın ekranında Rusiya Müdafiə Nazirliyinin görüntüləri nümayiş etdirilib.

Qeyd edək ki, baş verənlər sosial mediadan da yan keçməyib. Bir çox istifadəçi “CNN artıq Xarkovu Rusiya ərazisinə çevirib” şərhini yazıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə