ABŞ Hərbi Dəniz Qüvvələri Cənubi Çin dənizində təlimlər keçirərkən F-35 qırıcısı eniş zamanı qəzaya uğrayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, USS Carl Vinson təyyarədaşıyan gəmisinə eniş etmək istəyərkən təyyarədə olan pilot özünü təyyarədən atmağı bacarıb, 7 nəfər isə yaralanıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə