Universitetə silahlı hücum edildi

Almaniyanın Heidelberg Universitetinin mühazirə zalına silahlı şəxs hücum edib. Hücum nəticəsində çoxlu sayda insan yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər hücum edənin öldüyünü bildiriblər. Lakin onun necə öldüyü barədə məlumat verilməyib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Ölkənin yerli qəzeti Bild hücumçunun intihar etdiyini iddia edib. Faktla bağlı genişmiqyaslı araşdırma başlanıb. Eyni zamanda hər hansı bir vəziyyətlə bağlı təcili yardım maşınlarının, yanğınsöndürənlərin və polisin hazır vəziyyətdə saxlanıldığı bildirilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə