Evlilik qaydaları sərtləşdirildi - DİQQƏT! - YENİLİK NƏ OLACAQ?

Səudiyyə Ərəbistanında evlilik qaydaları sərtləşdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti subay kişilərin Banqladeş, Pakistan, Myanma və Çaddan olan qadınlarla evlənməsinə icazə verilməyəcəyini bəyan edib. Səudiyyə Ərəbistanında bu dörd ölkədən olan əcnəbilərin ümumi sayı 500 mini keçib.

İddia olunur ki, evlilik qadağasına böyük ehtimalla bu səbəb olub. Məkkə polis rəisi Asəf əl-Quraşi də sözügedən dörd ölkədən olan qadınların “nikaha icazə verilən ölkələr siyahısından” çıxarıldığını təsdiqləyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə