Qan donduran ölüm hadisəsi baş verib

ABŞ-ın Corciya ştatında qan donduran ölüm hadisəsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Surrey şəhərində yaşayan 31 yaşlı britaniyalı astrofizik Metyu Uilson Atlantada yaşayan sevgilisi, 26 yaşlı Ketrin Şepardın yanına gedib. Cütlük bazar günü gecə pişikləri ilə yatmaq üçün otaqlarına çəkilib. Bir müddət sonra kənardan gələn səslərə oyanan gənc qadın nə baş verdiyini anlamaq üçün pəncərəyə tərəf yönəlib. Təxminən 250 metr məsafədən təsadüfi atışlar edildiyini anlayan qadın ani reflekslə yerə əyilib. Bu zaman səslərə ayılmayan Uilson bir müddət sonra atışma səsinə oyanaraq çarpayıda ayağa qalxıb.

Villsonun qan donduran ölümü elə bu anda baş verib. Güllələrdən biri Uilson çarpayıda oturarkən başına dəyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...