İşğal dəhşətli nəticələrə səbəb ola bilər - BMT BAŞ KATİBİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasındakı Donbas gərginliyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Quterreş “Mən belə düşünmürəm və ümid edirəm ki, mənim fikrim doğrudur”-deyə qeyd edib.

Problemlərin həllinin ən ağlabatan yolunun diplomatiya və ciddi dialoq olduğuna inandığını qeyd edən Quterreş işğalın “dəhşətli nəticələrə” səbəb ola biləcəyini vurğulayıb. Quterreş Rusiyadakı yüksək vəzifəli şəxslərlə əlaqə saxlamağa davam etdiklərini bildirib. Bu arada Quterreş dünyanın bir çox cəhətdən 5 il əvvəlkindən daha pis vəziyyətdə olduğuna diqqət çəkib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə