Məşhur sima 91 yaşında vəfat etdi

Braziliyalı samba ifaçısı Elza Soareş 91 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ailə üzvləri sənətçinin rəsmi "İnstaqram" hesabından məlumat yayıb. Soareşin "təbii səbəblər" üzündən öldüyü bildirilən açıqlamada başqa detallar paylaşılmayıb.

Xatırladaq ki, 1930-cu ilin iyununda Rio-de-Janeyroda anadan olan Elza Soares 1960-cı illərin əvvəllərində samba mahnıları oxumaqla məşhurlaşıb və 1999-cu ildə BBC London müsabiqəsində "Milenium müğənnisi" titulunu qazanıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə