Avtomobillə motosiklet toqquşdu və partlayış oldu

Qərbi Qana əyalətində dəhşətli qəza baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mədən işində istifadə olunacaq partlayıcıları daşıyan avtomobillə motosikletin toqquşması nəticəsində böyük partlayış baş verib. Partlayışın təsiri ilə ətrafdakı tikililər dağılıb və bölgədə böyük krater yaranıb.

Qeyd edək ki, partlayışdan sonra ordu hərəkətə keçib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə