Tutulmamaq üçün telefonu yedi

Hindistanda daha əvvəl 10 dəfə baş verən hadisə bu dəfə də Yeni Dehlidəki Tihar həbsxanasında baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qətllə bağlı mühakimə olunan şübhəli telefonla tutulmamaq üçün telefonu yeyib. Lakin mədə ağrısına dözməyəndə həbsxana rəhbərliyinə gedərək vəziyyəti izah edib.

Xəstəxanaya aparılan məhbus bir həftəyə yaxın müşahidə altında saxlanılıb. Yanvarın 15-də aparılan endoskopiya ilə uzunluğu 7 santimetr, eni 3 santimetr olan cihaz çıxarılıb. Həkimlər endoskopa yerləşdirilmiş alətlə telefonu ağızdan çıxardıqlarını bildiriblər. Sonradan azadlığa buraxılan şəxs yenidən həbsxanaya göndərilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...