İranın cənubundakı Fars əyalətinin Dejgah kəndində yaşayan Amou Jaji adlı şəxs 67 ildir vanna qəbul etmir, çünki bunun ona pis bəxt gətirəcəyini və öləcəyini düşünür. SİA xarici mətbuata istinadən xəbər verir ki, çimməyin onu öldürəcəyinə əmin olduğu üçün sabun və sudan imtina etdiyini bildirən Amou Jaji yol kənarında tapdığı ölü heyvanlarla qidalanır və yağış suyunun yaratdığı gölməçələrdən içməli su kimi istifadə edir.

Qeyri-adi həyat tərzi seçimlərinə görə dost tapmaqda çətinlik çəkdiyini dilə gətirən Jaji, özünü insanlardan təcrid edən bir həyat sürür. Jaji kəndlilərin onun üçün tikdiyi daxmada yaşayır. Daxma həyatına qədər Jaji xüsusi tikilmiş yeraltı çuxurda yaşamağa üstünlük verib. İranın cənubundakı Fars əyalətinin Dejgah kəndində ona baş çəkən səhiyyə işçiləri onun həyat tərzinə baxmayaraq tam sağlam olduğunu bildiriblər. Bədənində bakteriya və virusların yaratdığı heç bir xəstəliyi olmayan Jajinin sağlamlıq durumu alimləri təəccübləndirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...