Taksi sürücüsü niyə döyüldü?

İstanbulda gediş haqqını çox yüksək görən sərnişin taksi sürücüsünü xəstəxanalıq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, taksi ilə yaxın məsafələrə gedən əcnəbi vətəndaş 20 lirəlik ödənişə əsəbiləşərək sürücünü təpiklə vurub.

Son zamanlar ən çox danışılan mövzulardan biri də taksi qiymətlərinin artırılmasıdır. Gediş haqqı 15 TL-dən 20 TL-yə qaldırıldıqdan sonra Başakşehirdə əlbəyaxa dava düşüb.

Taksi sürücüsü Burkay Kavak qısa bir məsafədən sonra taksidən düşmək istəyən şəxsdən 20 TL pul istəyib. Qiyməti eşidəndə əsəbiləşən sərnişin taksi sürücüsünə hücum çəkməyə başlayıb. Sərnişin tərəfindən yumruqlanan sürücü yerə yıxılsa da, sərnişin onu vurmağa davam edib.

Ətrafdakı digər taksi sürücülərinin vəziyyəti anlayan sərnişin qaçıb, xəsarət alan Kavak isə xəstəxanaya aparılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə