Qadını ayağından güllələyərək qaçdı - DƏHŞƏTLİ HADİSƏ

Türkiyədə evdən çıxaraq maşınına minərkən şübhəli şəxsin hücumuna məruz qalan əmlak agenti Səma Kılıç ayağından yaralanıb və hadisə anı kameraya əks olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbulda evindən çıxan daşınmaz əmlak agenti Səma Kılıç küçədə park etmiş avtomobilinə minərkən silahlı hücuma məruz qalıb.

Ayağına dəyən güllədən yaralanan qadın yerə yıxılıb. Hadisədən sonra bölgəyə polis və həkim briqadaları sövq edilib. Həkim briqdaları ilk yardımın ardınca Kılıçı xəstəxanaya aparıb. Qadının həyatı üçün təhlükə yaradan vəziyyətin olmadığı məlum olub. Naməlum şübhəli şəxs hücumdan sonra piyada qaçıb.

Məhəllədən olan bir dükançı "33 ildir burdayam, kim olduğunu bilirəm. Gördüyüm adam mənə tanış deyildi. Yaxşıca baxdım. Həmin şəxs burada dayananda şübhələndim. Sonra küncə getdi, onun üstünə çıxdı. Bu səhər qadın güllələnəndən sonra eyni şey oldu. Mən həmin şəxsi yenidən gördüm. Polis də axtarır. Onlar onsuz da eyni adamlardır. Hadisə anını görmədim. Atəş açıb qaçdı.Güllə vurulan qadını tanıyırıq. Bilirik ki, burada alverçilər var. Üzüldük" dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...