Son 2 ildə ən azı 28 qadın hündürlükdən yıxılaraq ölüb

2018-ci ildə Türkiyənin Ankara şəhərində binanın 20-ci mərtəbəsindən yıxılaraq həyatını itirən Şule Çətinin ölümü ilə bağlı "intihar, yoxsa qətl?" düşüncələri var. Belə ki, Çətinin intihar etdiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, daha sonra gənc qadının intihar etmədiyi, öldürüldüyü məlum olub. Son illər Türkiyədə oxşar şübhəli ölümlər haqqında tez-tez eşidirik.

Mövzu ötən ilin iyul ayında “1,5 ildə 22 qadın hündürlükdən yıxılaraq öldü” başlığı ilə gündəmə gəlmişdi. Xəbərin ardından hündürlükdən yıxılaraq ölümlər davam etdi. Son 2 ildə ən azı 28 qadın evdə tək qalmayaraq eyvandan və ya pəncərədən yıxılaraq dünyasını dəyişib. Şübhəli kimi qeydə alınan bu ölümlərin bir çoxu hələ də işıqlandırılmayıb. Araşdırmaları tamamlanan bəzi sənədlərdə intihar etdiyi iddia edilən qadınların öldürüldüyü üzə çıxıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...