"Google" kimi xarici şirkətlərə vergi tətbiq edilməyə başlanıb

Qırğızıstan dünyada ən çox istifadə edilən axtarış sistemi olan "Google" kimi xarici şirkətlərə vergi tətbiq etməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, prezidentin mətbuat mərkəzindən verilən məlumata görə, prezident Sadir Çaparov parlamentin 22 dekabr 2021-ci ildə qəbul etdiyi “Vergilər haqqında” yeni Əsasnaməni imzalayıb. Yanvarın 1-dən qüvvəyə minən yeni qanunun müddəaları prezidentin rəsmi saytında dərc olunub.

Qanuna görə, "Google" kimi xarici şirkətlərdən əlavə dəyər vergisi (ƏDV) tutulacaq. Bundan başqa, marketlərdə, mini marketlərdə, ticarət mərkəzlərində və yaşayış yerlərində, o cümlədən ticarət obyektlərində çalışanlar üçün kassa aparatlarından istifadə məcburi xarakter alıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə