ABŞ-da qalmaqala səbəb olan hadisə baş verib

Amerikanın İllinois ştatındakı Ceyn Addams ibtidai məktəbində özünü “Şeytan Klubu” adlandıran birlik qalmaqallı flayerlər paylayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məktəbdə təhsil alan azyaşlı uşaqlar üçün dərsdən sonra fərdi inkişaflarını təmin etmək üçün elmi layihələr, tapmacalar, oyunlar, rəsmlər və açıq hava fəaliyyətləri həyata keçirəcəyini vəd edən dərnək nümayiş etdirdiyi reklamlarla tənqid oxlarına tuş gəlib. Şeytan fiquru, buynuzlu və keçi saqqallı adam kimi açıqca şeytani ünsürlərlə dolu olan flayerin tənqidindən sonra dərnək rəsmi açıqlama verib. Fəaliyyətlərinin uşaqlara xeyirxahlıq, empatiya, tənqidi təfəkkür və problem həll etməyi öyrənmələrinə kömək edəcəyini iddia edən dərnək, internet saytındakı paylaşımında "Məqsədimiz dini təbliğat aparmaq deyil, uşaqlara satanizmi təbliğ etməyi də məqsəd qoymuruq"-deyə məlumat verib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə