İspaniyada qocalar evində yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 6 nəfər ölüb. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada yanğının gec başladığı və nəzarətin çox çətin olduğu bildirilib. Ölənlərdən 5-i hadisə yerində, 1 nəfər isə aparıldığı xəstəxanada dünyasını dəyişib. Hələlik yanğının dəqiq mənbəyi məlum deyil. Səlahiyyətlilər diqqəti siqaret və ya oksigen balonuna qoşulan elektrik nasazlığı ehtimalına yönəldir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə