ABŞ-da fövqəladə vəziyyət elan edilib

ABŞ-ın şərq sahillərində təsirli olan qar fırtınası səbəbindən 3 ştatda fövqəladə vəziyyət elan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün qarın qalınlığının 25 santimetrə çatdığı Şimali Karolina ştatında avtomobilin yoldan çıxması nəticəsində iki nəfər ölüb. Florida ştatında qasırğa nəticəsində 30 prefabrik ev və 25 yaşayış evi ziyan görüb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə