Aİ bu ölkələri siyahıdan çıxartdı

Avropa İttifaqı (Aİ) Avstraliya, Kanada və Argentinanı Covid-19 səbəbilə səyahət məhdudiyyətlərindən azad edilə bilən ölkələr siyahısından çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aİ ölkələrinə qeyri-vacib səyahətlər üçün müraciət edən və məhdudiyyətlərin tədricən qaldırılmasının tövsiyə olunduğu ölkələrin siyahısı yenilənib.

Avropa Şurasından verilən açıqlamaya görə, Avstraliya, Kanada və Argentinanın 17 yanvarda son yeniləmə ilə çıxarılmasının ardından siyahıya 14 ölkə daxil edilib. Müvafiq olaraq, Aİ ölkələri tam peyvənd olunmuş şəxslərin Bəhreyn, Çili, Kolumbiya, İndoneziya, Küveyt, Yeni Zelandiya, Peru, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Uruqvaya səyahət məhdudiyyətlərini qaldıra biləcəklər. Aİ ölkələri öz vətəndaşlarının səyahət etməsinə icazə verərsə Çinlə sərhədlər də açıq qala bilər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə