Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə pilotsuz təyyarə hücumu nəticəsində Musaffah sənaye zonasında 3 neft yüklü tanker partlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əbu-Dabi polisi, həmçinin Əbu-Dabi hava limanında tikinti sahəsini hədəf alan hücum nəticəsində yanğın baş verdiyini açıqlayıb. Açıqlamada hücum nəticəsində 2-si hindistanlı və biri pakistanlı olmaqla 3 nəfərin həyatını itirdiyi, 6 nəfərin isə yaralandığı bildirilib. Polis hər iki yerdə baş verən pilotsuz təyyarə hücumu ilə bağlı araşdırma başladarkən, Yəməndə İranın dəstəklədiyi husilər hücumun məsuliyyətini öz üzərinə götürdüklərini açıqlayıb.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB