Almaniyada Koblenz əyalətinin Ali Məhkəməsi Suriya kəşfiyyatında işləyən Ənvər Raslanı insanlığa qarşı cinayətlər və qətllər törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin 58 yaşlı Raslanla bağlı qərarı "dünyada Suriyada dövlət tərəfindən dəstəklənən cinayətlərlə bağlı ilk qərardır". Federal Prokurorluğun “Bəşəriyyətə qarşı cinayətlərə görə Əsəd rejiminin üzvlərinə qarşı dünyada ilk cinayət işi” kimi qiymətləndirdiyi bu işdə 80-dən çox şahid və işgəncə qurbanı dinlənilib.
Suriya kəşfiyyatında işlədikdən sonra 2014-cü ildə Almaniyaya gələn və 2019-cu ildə Berlində tutulan Raslan zorlama və işgəncə kimi digər cinayətlərlə yanaşı 27 qətllə də məhkum edilib. 2020-ci il aprelin 23-də başlayan məhkəmə prosesinin sonunda Raslan insanlığa qarşı cinayətlər və qətllər törətməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. İş üzrə digər müttəhim Suriya kəşfiyyatı üçün işləyən Eyad əl-Qarib 24 fevral 2021-ci ildə insanlığa qarşı cinayətlərin törədilməsinə kömək etdiyi üçün 4,5 il həbs cəzasına məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB