Baş nazirlǝr İranın nüvǝ proqramını müzakirǝ ediblǝr

Baş nazirlǝr İranın nüvǝ proqramını müzakirǝ ediblǝr

İsrail Baş naziri Naftali Bennet ingiltǝrǝli hǝmkarı Boris Consonla İranın nüvǝ proqramı vǝ Vyanadakı beynǝlxalq müzakirǝlǝri qiymǝtlǝndirib.

SİA xəbər verir ki, İsrail hökumǝtindǝn verilǝn bǝyanata görǝ, Naftali Bennet vǝ Boris Conson arasında telefon danışığı olub. Tǝrǝflǝr hǝmçinin regional mövzuları müzakirǝ edib.

Liderlǝr birgǝ hǝdǝflǝrǝ nail olmaq üçün qarşılıqlı koordinasiyanın ǝhǝmiyyǝtinǝ diqqǝt çǝkib vǝ ‘‘Covid-19’’ epidemiyasının ‘‘Omikron’’ ştamı ilǝ mübarizǝ mövzusunu qiymǝtlǝndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə