Hollandiya hökumətində yeniliklər

Liberal sağçı Azadlıq və Demokratiya Partiyasının (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius Hollandiyanın yeni təhlükəsizlik və ədliyyə naziri olacaq. Demokratlar 66 Partiyasının (D66) üzvü Günay Uslu mədəniyyət və mediadan məsul dövlət naziri olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyada martın 17-də keçirilən ümumi seçkilərin ardından 271 günlük danışıqlardan sonra qurulmasına qərar verilən koalisiya hökumətində iştirak edəcək nazirlər dəqiqləşib.

Mark Rutte 4-cü dəfə baş nazir kürsüsündə oturacaq və hökumətdə 28 nazir olacaq. Rutte istisna olmaqla, kabinet 14 qadın və 14 kişi üzvdən ibarət olacaq.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə