İsrail Səhiyyə Nazirliyindən verilən açıqlamada, koronavirus epidemiyası ilə mübarizə çərçivəsində 55 ölkəyə səyahət qadağasının qaldırılacağı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazirlik açıqlamasında bildirib ki, qadağa Nazirlər Kabineti və parlament komitəsi tərəfindən təsdiqləndikdən sonra cümə axşamı qüvvəyə minəcək. Səyahət qadağasının ləğv edildiyi ölkələr arasında Almaniya, Danimarka, İtaliya, İsveç, İrlandiya, Belçika, Finlandiya, Norveç, eləcə də bir çox Afrika ölkələri var. İsrail Səhiyyə Nazirliyinin açıqlamasına görə, Meksika Omicron hadisələrinin artması səbəbindən qırmızı siyahıya daxil edilib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB