Lars yolu bağlandı, Ermənistan çətin durumda

Lars yolu bağlandı, Ermənistan çətin durumda

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Lars yolu bütün avtomobillər üçün bağlanıb. SİA-nın Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentindən və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Departamentindən alınan məlumatlara istinadən xəbər verir ki, Lars avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.

Xəbər Ermənistanda şok effekti yaradıb. Halbuki erməni rəsmilər qış aylarında yolların açıq olması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirmişdilər. Dekabr ayından başlayaraq yolların keçilməz olması hərə kəsdə ümidsizlik yaradıb. Qeyri-ixtiyari olaraq Ermənistan cəmiyyətinin bütün diqqəti ölkənin cənubuna - Zəngəzur dəhlizinə dikilib.

Bütün xəbərlər Facebook səhifəmizdə