Haitidə ölənlərin sayı artır

Haitinin şimalındakı Kap-Aytien şəhərində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 90-a çatıb.

SİA xəbər verir ki, yaralıların çoxu ağır vəziyyətdədir.

Hadisə dekabrın 14-də olub. Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayış baş verib. Əraziyə yaxın binalar ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə