Makronun həyat yoldaşı əvvəl kişi olub? - İDDİALAR

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron, kişi doğulduğuna dair iddialardan sonra məhkəməyə müraciət etməyə hazırlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial mediada Bricit Makronun “kişi” kimi doğulduğu və adının “Jin-Maykl Trogneks” olduğu iddia edilib. Troqneks Bricit, Makronun qızlıq soyadı kimi tanınır. Fransa mətbuatında Bricit Makronun yaxınlarına əsaslanaraq çıxan xəbərlərdə Bricit Makronun ondan şikayət etməyə hazırlaşdığı bildirilib. Bricit Makron hələlik rəsmi açıqlama verməyib. Bəzi sosial şəbəkə istifadəçiləri iddialara “dəlil” kimi Bricit Makronun gənclik illərində çəkilmiş az sayda fotoşəkillərini göstərib. Bəzi istifadəçilər də bu iddiaların sui-qəsd nəzəriyyələri olduğunu irəli sürüblər

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə