Nazir törətdiyi qəzaya görə istefa verdi

Portuqaliyanın daxili işlər naziri Eduardo Kabrita istefa verib.

SİA xəbər verir ki, nazirin istefa verməsinə səbəb ötən ilin yayında xidməti avtomobilinin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin törədilməsidir. Belə ki, nazirin salonunda olduğu avtomobil 166 km/saat sürətlə hərəkətdə olarkən yol işçisini vurub. İşçi aldığı ağır xəsarətlərdən ölüb.

Bildirilir ki, nazir baş vermiş hadisədən siyasi təzyiq vasitəsi kimi istifadə edilməməsi üçün bu addımı atıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə