Yanğınsöndürmə briqadası ərazidə işlərini davam etdirir

İngiltərənin Hull şəhəri yaxınlığındakı Hessle şəhərində plastik fabrikdə yanğın baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, fabrikdən alov və qatı tüstü qalxdığından hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı partlayış səsləri də eşidilib. Ərazidəki bəzi evlər və tikililər boşaldılıb. Sakinlərdən pəncərələri bağlı saxlamağı xahiş ediblər. Hadisə şahidlərindən 27 yaşlı Kori Simmonds bildirib ki, yanğına görə ona evini tərk etməsi tələb olunub. Hələlik can itkisi və xəsarət alan olmasa da, yanğınsöndürmə briqadası ərazidə işlərini davam etdirir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə