Beynəlxalq təhlükəsizlik müzakirə edilib

Beynəlxalq təhlükəsizlik müzakirə edilib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı olub.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "23 noyabr 2021-ci il tarixində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli arasında telefon danışığı olub".

Bildirilir ki, telefon danışığı zamanı tərəflər beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə