İrəvanda etirazçılar hökumət binasına basqın edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dövlət televiziyası ilə Azərbaycanın Eyvazlı keçid məntəqəsinin yaradıldığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, eyni zamanda Qoris-Kapan yolunun tamamilə Azərbaycanın nəzarətinə keçdiyini bəyan etdikdən sonra erməni müxalifəti qiyam qaldırıb.

Yüzlərlə insan Ermənistan hökumət binasının qarşısına toplaşaraq Ermənistanın baş naziri Nikol Paşinyana etiraz edib. Etirazçılar, Paşinyanla görüşmək tələblərini səsləndirərkən, sözügedən yolun Azərbaycana qalmasına etiraz ediblər. Ermənistan polisi hökumət binası qarşısında ciddi təhlükəsizlik tədbirləri görüb. Etirazçıların mətbuat nümayəndələri mətbuata açıqlama verdikdən sonra onlar binaya doğru hərəkət edərək içəri girməyə cəhd ediblər.

Ermənistan polisi isə etirazçıların binaya daxil olmasına mane olub və yüzlərlə insanı qapıdan uzaqlaşdırıb. Qruplara bölünən etirazçıları mühasirəyə alan Ermənistan polisi, 20-yə yaxın etirazçının saxlandığını açıqlayıb. Polisin xəbərdarlığına baxmayaraq, dağılışmaq istəməyən xeyli müxalifətçi yenidən toplaşaraq şüarlar səsləndirməyə davam edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə