Yaponiya Kosmik Tədqiqatlar Agentliyi (JAXA) "Epsilon-5" raketinin Kaqoşimanın cənub-qərbindəki Ukinoura Kosmik Stansiyasından buraxıldığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 10 milli elmi institut tərəfindən istehsal edilən raketin diametri 2,6 metr, uzunluğu 26 metr və 96 ton olduğu qeyd edilib. Raketin bərk yanacaqdan istifadə etdiyi və süni intellekti sayəsində buraxılış və əmək xərclərinin azaldığı vurğulanıb. Kosmosda fəaliyyət göstərən təhsil müəssisələri və kommersiya şirkətlərini təşviq etmək məqsədi daşıyan və 9 peyk daşıyan “Epsilon-5” raketinin 5,8 milyard yen (51 milyon dollar) qarşılığında istehsal edildiyi bildirilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə