Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron Bone şəhərində siyasətlə vidalaşmağa hazırlaşan və baş nazir olaraq son dəfə Fransaya səfər edən Merkel və həyat yoldaşı Yoahim Sauerini qonaq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, burada ictimaiyyət tərəfindən qarşılanan Makron və Merkel daha sonra Vouqeot qalasına gediblər. Makron Merkelə "Legion d'Honneur" fəxri nişanını təqdim edib, onun şərəfinə şam yeməyi verib. Burada çıxış edən Makron bu fəxri nişanın Merkelə Avropa üçün etdiklərini qiymətləndirmək üçün verildiyini bildirib və deyib: "Fransa sizi Kansler olduğunuzdan tanıyır. Jak Şirakın rəhbərliyi altında ilk illəriniz idi. Prezident Sarkozi ilə iqtisadi böhranla üzləşdiniz. Prezident Ollandla birlikdə terror hücumları və immiqrasiya böhranı ilə mübarizə apardınız. Və biz birlikdə epidemiyanı yaşadıq və hərəkət etməyə çalışdıq”.
Merkelin Avropada bir çox böhranlarda birləşdirici rol oynadığını qeyd edən Makron Merkelə müraciət edərək, "Mənə çox şey öyrətdiyiniz üçün təşəkkür edirəm. Hər şeyi alt-üst etmək istəyən bu iddialı gənc prezidenti qəbul etdiyiniz üçün təşəkkür edirəm. Mənə qarşı səbriniz və tolerantlığınız üçün təşəkkür edirəm"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB