İranda yoluxma artmaqda davam edir

İran Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, son 24 saat ərzində ölkədə 10 363 yeni yoluxma faktı aşkarlanıb, onlardan 1353 nəfərinin müalicəsi stasionarlarda aparılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ümumi yoluxma sayının 5 milyon 954 min 962-yə yüksəldiyi ölkədə Kovid-19-a görə can itkisi daha 147 nəfərin ölümü ilə 126 min 763-ə yüksəlib. Ölkə üzrə xəstəxanaların reanimasiya şöbələrində 3 min 789 Kovid-19 xəstəsi müalicə olunur.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə